• Bakı 26° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Paytaxtı uçan qarışqalar bürüyür: Ekoloq səbəbləri və qorunma yollarını açıqladı

CƏMİYYƏT

18 Iyun 2026 | 15:25

Paytaxtı uçan qarışqalar bürüyür: Ekoloq səbəbləri və qorunma yollarını açıqladı

Yay aylarının gəlişi ilə Bakının bəzi qəsəbələrində sakinlər qeyri-adi mənzərə ilə qarşılaşırlar. Xüsusilə axşam saatlarında işıq mənbələrinin ətrafında toplaşan və kütləvi şəkildə görünən uçan qarışqalar diqqət çəkir. Sosial şəbəkələrdə də bu həşəratların sayının artması ilə bağlı paylaşımlar çoxalır. 

Bəs uçan qarışqaların kütləvi şəkildə ortaya çıxmasının səbəbi nədir? Bu hal insanlar üçün təhlükəlidirmi və onlardan qorunmaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında ekoloq Sevil Yüzbaşeva bildirib ki, Bakıda qanadlı qarışqaların (uçan qarışqaların) kütləvi artımı ilə bağlı son vaxtlarda məlumatlar yayılmaqdadır:

“Son günlər paytaxtın müxtəlif ərazilərində, xüsusilə Binə qəsəbəsində qanadlı qarışqaların kütləvi şəkildə görünməsi barədə yerli əhali tərəfindən narahatlıqlar bildirilir. Alimlərin qeyd etdiyi kimi, bu, əslində təbiətdə baş verən təbii çoxalma prosesi ilə bağlıdır. Bu, yaz-yay aylarında, xüsusilə isti və rütubətli havalardan sonra cütləşmək və yeni yuvalar (koloniyalar) qurmaq üçün yuvalarından çıxan erkək və dişi fərdlərin (məlikələrin) uçuş dövrüdür”.

Müsahibimiz qeyd edib ki, bu dövrdə müşahidə edilən kütləvi artımın əsas səbəbi yaranan münbit iqlim şəraitidir:

“İsti hava və ya yağışdan sonrakı yüksək rütubət uçuş üçün ideal şərait yaradır. Bu hava şəraiti qanadlı qarışqaların eyni vaxtda yuvalarından çıxmasına səbəb olur. Qarışqaların həyat dövründə bu qanadlı fərdlər yalnız çoxalma məqsədilə yaranır. Onlar yuvalarını tərk edərək havada cütləşir və mayalanan dişi fərdlər yerə enərək qanadlarını qoparıbyeni koloniya qururlar. Qanadlı qarışqaların say artımına şəraiti ətraf mühit yaradır ki, bu, şəhər ərazilərində, xüsusən zibilxanalara və tullantılara yaxın yerlərdə, həmçinin torpaq və park ərazilərində həşəratların təbii yaşam şəraitinin təsiri onların kütləvi artımına səbəb olur”.

Ekoloq əlavə edib ki, qanadlı qarışqaların bu uçuş dövrü qısa müddət davam edən təbii bir prosesdir:

“Onlar insanlar üçün birbaşa xəstəlik daşıyıcısı sayılmasalar da, binalara və yaşayış sahələrinə daxil olduqda narahatlıq yarada bilərlər. Problemin qarşısını almaq üçün profilaktik tədbirlər (təmizlik, qida qırıntılarının yığışdırılması və s.) görülməlidir.
Qarışqaların zəhmətkeşliyinə heyran olduğumuz qədər, onların həyatımızda, qidamızda olması bizim üçün qəbuledilməzdir və bu, bizdə ikrah hissi yaradır.  Əgər mətbəximizdə bir qarışqa ilə qarşılaşırıqsa, yüzlərlə, minlərlə görəcəyimizə əmin ola bilərik”.

Sevil Yüzbaşeva: Uşan qarışqaların evlərdə görünməsinin əsas səbəbi ev təmizliyinin lazımi səviyyədə olmamasıdır

Sevil Yüzbaşevanın sözlərinə görə, bu həşəratlar çox ünsiyyətcildir:

“Qarışqanın izinin qoxusu başqalarını cəlb edəcək. Nəticədə, məkanımız qarışqalarla dolub-daşacaq və onları idarə etmək çətin olacaq. Bu kiçik canlılar hətta soyuduculara da yol tapırlar. Soyuq havada qarışqalar evlər, restoranlar, kafelər və s. kimi qapalı məkanlara keçir və isti şəraitdə aktiv şəkildə çoxalırlar”.

Həmsöhbətimizin fikrincə, onların evlərdə görünməsinin əsas səbəbi ev təmizliyinin lazımi səviyyədə olmamasıdır:

“Qida qırıntıları həşəratları cəlb edir. Axı onlar insanlardan yalnız bir şeyistəyirlər - yemək. Lakin qida əlçatan yerlərdə qalsa, ən təmiz mənzil belə qarışqaların çoxalma yerinə çevrilə bilər.Qarışqalar qida mənbəyindən yuvalarına qədər izlər buraxırlar. Diqqətlə baxanda onları divarlarda, şkaflarda və masalarda görmək olar. Əgər sizdə bir yoluxma varsa, sadəcə bir parça qidanı əlçatan bir yerdə qoyun - bir neçə saatdan sonra onu qarışqalar örtəcək”.

Ekoloq onu da qeyd edib ki, qarışqaları onlara qarşı kampaniyaya başlayan qonşular da gətirə bilər:

“Və çox vaxt qarışqaları insanların özləri - əşyalarla, tikinti materiallarına və mebellərə daşıyırlar. Onlar bu ərazilərdə qida qazıb yeyirlər. Həşəratlardan qurtarmağınbir sıra yolları var.  Öncə hansı məkanda olursa olsun təmizlik və səliqə-sahmandır.Təmizlik ilk və ən vacib addımdır. Qarışqa olah məkanlardakı çatların və yarıqların möhürləyərək bağlanması., divarlarda, qapılarda və pəncərələrdə çatların olub-olmadığını yoxlayıb, onları qapatmaq lazımdır.

Qida saxlama yerlərinə diqqət etmək, təmizliyi qoruaq lazımdır. Təbii qovuculardan istifadə etmək və rütubətli yerləri quru saxlamaq. ən əsası isə dözə bilmədiyiniz halda dizinfeksiya edici şirkətlərə müraciət edərək, mütəxəssislərdən kömək almaq olar”.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR