"American Apple Inc." şirkəti yaddaş çiplərinin qiymətlərinin artması səbəbindən məhsullarının qiymətlərini artırmağı planlaşdırır.
Bakıvaxtı.az "The Wall Street Journal" qəzetinə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Tim Kuk bildirib.
O, qiymət artımlarının qaçılmaz olduğunu açıqlayıb.
"Bizə ötürülən nəhəng qiymət artımlarının təsirini azaltmaq üçün hər cür səy göstəririk və müştəriləri onlardan qorumağa çalışmışıq, amma bu artıq mümkün deyil", - deyə direktor vurğulayıb.
"TechInsights" hesablamalarına görə, artan yaddaş çiplərinin qiymətləri nəzərə alınmaqla, gəlirliliyi cari səviyyədə saxlamaq üçün növbəti "iPhone Pro" modeli üçün təxminən 270 dollar qiymət artımı tələb olunacaq.
Gülşən Şərif
Bakı 



