• Bakı 26° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Jumeirah Bilgəh sökülür?

CƏMİYYƏT

18 Iyun 2026 | 16:44

Jumeirah Bilgəh sökülür?

Bakının Bilgəh qəsəbəsində yerləşən məşhur Bilgəh Beach Hotelin (keçmiş Jumeirah Bilgah Beach Hotel) binasında aparılan işlər sakinlərin diqqətini cəlb edib.

Bakıvaxtı.az-a daxil olan məlumatlara görə, hotel binasının üst hissəsində söküntü xarakterli işlər müşahidə olunur. 

Ərazidə yaşayan sakinlər bildirirlər ki, son aylarda hotelə gələn ziyarətçilərin sayında da nəzərəçarpacaq azalma var. 

Bu səbəbdən yerli ictimaiyyət arasında hotelin tamamilə söküləcəyi ilə bağlı müxtəlif iddialar yayılmağa başlayıb.

Sakinlərin sözlərinə görə, binanın dam və üst konstruksiyalarında demontaj işləri aparılır. 

Lakin hazırda bunun əsaslı təmir, yenidənqurma və ya hansısa rekonstruksiya layihəsinin tərkib hissəsi olub-olmadığı barədə rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Bilgəh Beach Hotel Xəzər sahilində yerləşən və uzun illər Azərbaycanın ən tanınmış istirahət məkanlarından biri hesab edilən beşulduzlu hotellərdən biridir. Kompleks 2011-ci ildə istifadəyə verilib və vaxtilə beynəlxalq Jumeirah brendi altında fəaliyyət göstərib.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR