• Bakı 26° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Bellinqemdən Avropa rekordu

İDMAN

18 Iyun 2026 | 14:36

Bellinqemdən Avropa rekordu

İngiltərə millisinin üzvü Cud Bellinqem Avropa futbolunda yeni rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, o, buna DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Xorvatiya ilə keçirilən oyunda (4:2) nail olub.

Belə ki, Bellinqem dörd müxtəlif böyük beynəlxalq turnirdə iştirak edən ən gənc avropalı futbolçu adını qazanıb. Xorvatiya ilə matç zamanı o, 22 yaşı 353 günlüyündə olub.

Əvvəlki rekord isə Lukas Podolskiyə məxsus idi. O, dördüncü böyük beynəlxalq turnirində 23 yaş 4 günlük olarkən iştirak etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026