• Bakı 26° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

İran prezidenti ABŞ ilə memorandumu "tarixi" adlandırıb

SİYASƏT

18 Iyun 2026 | 15:38

İran prezidenti ABŞ ilə memorandumu tarixi adlandırıb

İslam Respublikasının prezidenti Məsud Pezeşkian iyunun 18-də ABŞ-İran memorandumunun tarixi bir hadisə olduğunu bildirib.

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, o, bununla bağlı "X" hesabında paylaşım edib.

Pezeşkian paylaşımda "Bu, tarixi bir sənəd və güclü İrandan gələn bir mesajdır. Sülh qarşılıqlı hörmət yolu ilə əldə ediləcək" sözlərini yazıb.

İran liderinin sözlərinə görə, ölkə dünya sülhünə sadiq qalır, İran isə müstəqilliyini və regional əməkdaşlığını qoruyub saxlamaq niyyətindədir.

Xatırladaq ki, ABŞ və İran prezidentləri münaqişəyə son qoymaq üçün anlaşma memorandumunu məsafədən imzalayıblar.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR