Rəsmi Tehran ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını 48 saat ərzində yenidən açmaq ultimatumuna dərhal cavab verib.
Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, İran da öz növbəsində Yaxın Şərqdəki əsas infrastruktur obyektlərinə zərbə endirməklə hədələyib.
Qeyd edək ki, ABŞ prezidenti şənbə günü axşam özünün " Truth Social" platformasında xəbərdarlıq edib ki, qlobal karbohidrogen tədarükü üçün bu strateji boğazın tam və qeyd-şərtsiz yenidən açılması olmadan, ABŞ ən böyükdən başlayaraq, İran elektrik stansiyalarını vurub, məhv edəcək».
İran da bu tələbə dərhal cavab verib:
"Əgər Vaşinqton təhdidini həyata keçirərsə, İran ordusu bölgədəki enerji, informasiya texnologiyaları və suyun duzsuzlaşdırılması infrastrukturunu hədəf alacaq".
Aydın Baxış
Bakı 




