• Bakı 12° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Ukrayna nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün Mayamiyə yollanıb

DÜNYA

21 Mart 2026 | 11:24

Ukrayna nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün Mayamiyə yollanıb

Ukrayna nümayəndə heyəti ABŞ ilə ikitərəfli danışıqlarda iştirak etmək məqsədilə Mayami şəhərinə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyətinə ölkə rəhbərliyinin yüksək səviyyəli təmsilçiləri daxildir. Onların sırasında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da var.

Bundan əlavə, danışıqlarda Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, rəhbərin birinci müavini Sergey Kıslitsa və deputat David Araxamiya iştirak edəcək.

ABŞ tərəfdən görüşlərdə prezidentin xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin iştirakı gözlənilir.

Tərəflərin məsləhətləşmələr apararaq əməkdaşlığın aktual istiqamətlərini müzakirə edəcəyi bildirilir.


SON XƏBƏRLƏR

20 Mart 2026