• Bakı C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İtaliya Azərbaycanla əlavə qaz tədarükü ilə bağlı danışıqlar aparır

İQTİSADİYYAT

21 Mart 2026 | 00:15

İtaliya Azərbaycanla əlavə qaz tədarükü ilə bağlı danışıqlar aparır

İtaliya Yaxın Şərqdəki vəziyyətə görə Qətərdən qaz tədarükünün dayandırılması fonunda qaz tədarükünün təmin edilməsi üçün ABŞ, Azərbaycan və Əlcəzair də daxil olmaqla bir neçə ölkə ilə danışıqlar aparır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İtaliyanın energetika naziri Cilberto Piçetto Fratin Milanda keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Artıq dayandırılmış Qətərdəki mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı zavodunun da bombardmana məruz qalması faktı qiymətlərə dağıdıcı təsir göstərib", - deyə o qeyd edib.

Bundan əvvəl Qətər qaz təchizatı üçün fors-major elan edib və aprel ayında tədarüklə bağlı müqavilə öhdəliklərini yerinə yetirə bilməməsi barədə "Edison" şirkətini xəbərdar etmişdi.

Qeyd edək ki, hazırda İtaliya Azərbaycandan ən çox qaz alan ölkədir və bu qaz Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya tədarük olunur. Bu boru kəməri Xəzər yataqlarını Avropa bazarları ilə birləşdirən və qitənin enerji təchizatının şaxələndirilməsini təmin edən Cənub Qaz Dəhlizinin Avropa seqmentidir.

TAP-ın illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edir və onun 20 milyard kubmetrə qədər artırılması imkanı nəzərdə tutulur.

2026-cı il yanvarın 1-dən etibarən TAP qazın nəqli üzrə yeni saziş (GTA) çərçivəsində əlavə uzunmüddətli ötürmə qabiliyyəti təqdim edib.

2025-ci ildə Azərbaycan İtaliyaya 9,5 milyard kubmetr təbii qaz tədarük edib ki, bu da ölkənin ümumi ixracının 38%-ni təşkil edir.

Ötən il Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib ki, bunun da 14,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" yataqlarından, 27,9 milyard kubmetri "Şahdəniz" yatağından, 1,6 milyard kubmetri "Abşeron" yatağından və 7,9 milyard kubmetri SOCAR-dan hasil edilib.

Bu dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib: Avropaya 12,8 milyard kubmetr, Türkiyəyə 9,6 milyard kubmetr (o cümlədən TANAP vasitəsilə 5,6 milyard kubmetr), Gürcüstana 2,3 milyard kubmetr və Suriyaya 0,5 milyard kubmetr qaz ixrac edilib


SON XƏBƏRLƏR

20 Mart 2026