• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

NATO İraqla yeni formatda əməkdaşlıq edəcək

DÜNYA

20 Mart 2026 | 19:36 | Müəllif: Zeynəb Rzayeva

NATO İraqla yeni formatda əməkdaşlıq edəcək

NATO, Yaxın Şərqdəki hərbi münaqişələr səbəbindən İraqdakı missiyasındakı fəaliyyətində dəyişikliklər etdiyini bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart "Reuters" agentliyinə bildirib.

"NATO-nun İraqdakı missiyası kontekstində mövqeyimizi dəyişdirdiyimizi təsdiqləyə bilərik. Müttəfiqlər və tərəfdaşlarla sıx əlaqələndirmə şəraitində işləyirik", - deyə o bildirib.

O, ittifaq heyətinin təhlükəsizliyinin və mühafizəsinin ən vacib məsələ olduğunu söyləyib:

"Bu məsələ ilə bağlı əlavə məlumat verməkdən çəkinəcəyik. NATO ilə İraq arasında, o cümlədən İraqdakı NATO Missiyası çərçivəsində siyasi dialoq və praktik əməkdaşlıq davam edəcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026