• Bakı 17° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Makron Livanın Baş naziri ilə görüşəcək

DÜNYA

19 Aprel 2026 | 19:32 | Müəllif: Subhan Mahmudov

Makron Livanın Baş naziri ilə görüşəcək

Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi Livanın Baş naziri Navaf Salamı Parisdə qəbul edəcək.

Bakıvaxtı.az xəbər verir ki, görüş İsrail ilə “Hizbullah” arasında 10 günlük atəşkəsin davam etdiyi dövrə təsadüf edir.

Fransa prezidentinin ofisindən bildirilib ki, səfər atəşkəsə tam riayət olunmasına dəstək, eləcə də Fransanın Livanın ərazi bütövlüyünə sadiqliyinin nümayişi kimi qiymətləndirilir.

Görüşlə bağlı məlumat Fransa tərəfinin Livanda fransız sülhməramlısının ölümünə görə “Hizbullah”ı ittiham etməsindən bir gün sonra açıqlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026