• Bakı C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

HADİSƏ

21 Mart 2026 | 00:44

Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı hazırda araşdırma aparılır.

Qeyd edək ki, iki uşaq anası Pərvanə Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində müəllim işləyib./Qafqazinfo


SON XƏBƏRLƏR

20 Mart 2026