• Bakı 26° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Füzulidə ağır qəza - 2 nəfər ölüb

HADİSƏ

19 Aprel 2026 | 09:32

Füzulidə ağır qəza - 2 nəfər ölüb

Füzuli rayonunda “ВАЗ” və "Mercedes" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Füzuli rayonu, Bala Bəhmənli kəndi yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. 

    Məlumatla əlaqədar Nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 4 nəfər sıxılı vəziyyətdə qalıb. 

    Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR