q
  • Bakı 12° C

    13.04 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Aysun Quliyeva Gürcüstanda ölü tapıldı

HADİSƏ

20 Aprel 2026 | 09:34

Aysun Quliyeva Gürcüstanda ölü tapıldı

Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı qızın meyiti tapılıb.

Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, Marneuli rayon sakini 24 yaşlı Aysun Quliyevanın meyiti kirayə yaşadığı evdə aşkar olunub.

Bildirilib ki, aprelin 18-i ailə üzvləri Tbilisidə Aysunla birgə olublar. Onlar yaşadıqları rayona qayıtdıqdan sonra gənc qızın rəfiqəsi Aysunun yaşadığı evin qapısının bağlı olduğunu, onunla əlaqə saxlaya bilmədiyini deyib. Qapı açıldıqdan sonra A.Quliyevanın meyiti aşkar edilib.

Onun həyatına qəsd etməsi ehtimal olunur.


SON XƏBƏRLƏR

19 Aprel 2026