Ucarda oğul anasını traktorla vuraraq öldürüb.
Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov “Belarus” markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub.
Ağır xəsarət alan A. Abbasova həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




