• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Əhmədlidəki yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ

17 Iyun 2026 | 14:44 | Müəllif: Əli Hüseynov

Əhmədlidəki yanğın söndürüldü - YENİLƏNİB

Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

13:57

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR