• Bakı 10° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır

DÜNYA

20 Mart 2026 | 18:00

NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır

NATO Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda öz kontingentini İraqdan müvəqqəti çıxarır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İraqın güc strukturlarının iki nümayəndəsi bildirib.

"İraq hökuməti ilə heç bir fikir ayrılığı yoxdur. Bu, qoşunların müvəqqəti çıxarılmasıdır. Onlar yaranmış vəziyyətdən narahatdırlar", - nümayəndələrdən biri qeyd edib.

Digər mənbə qeyd edib ki, NATO missiyası az sayda hərbçi istisna olmaqla İraqı tamamilə tərk edib.

Öz növbəsində NATO nümayəndəsi isə bəyan edib ki, alyans İraqdakı missiyasına "dəyişiklik"lər edir.

Missiyanın qərargahı Bağdadın "yaşıl zona"sındakı hərbi bazada, müharibənin başlanğıcından bəri dəfələrlə atəşə tutulan ABŞ səfirliyinin yaxınlığında yerləşir. (Apa)


SON XƏBƏRLƏR