• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Faiq Hüseynov VƏFAT ETDİ

HADİSƏ

20 Mart 2026 | 23:46 | Müəllif: Subhan Mahmudov

Faiq Hüseynov VƏFAT ETDİ

Azərbaycanın intellektual oyunlar sahəsində müstəsna xidmətləri olan tanınmış ictimai xadim, "Xəmsə" Milli İntellektual Oyununun müəllifi və yaradıcısı Faiq Hüseynov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, Faiq Hüseynovun adı Azərbaycanda intellektual oyunların kütləviləşməsi ilə birbaşa bağlıdır. Onun dahi Nizami Gəncəvinin irsinə istinadən yaratdığı "Xəmsə" oyunu ölkəmizdə tamamilə milli konsepsiya əsasında qurulan ilk və populyar intellektual layihə idi.

Bu oyun vasitəsilə o, on minlərlə gəncin elmə, mütaliəyə və intellektual yarışlara marağını artırmağa nail olmuşdu./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR