• Bakı 16° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Pezeşkian qonşu ölkələrə müraciət etdi

DÜNYA

21 Mart 2026 | 13:07 | Müəllif: Subhan Mahmudov

Pezeşkian qonşu ölkələrə müraciət etdi

İran Prezidenti Məsud Pezeşkian İslam ölkələrinə və qonşu dövlətlərə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. 

Pezeşkian qeyd edib ki, Tehran islam ölkələri və qonşularla münaqişəyə can atmır.

Prezident həmçinin vurğulayıb ki, Yaxın Şərqdəki ixtilaflardan yalnız İsrail rejimi fayda götürəcək.

“İslam ölkələrinə və əziz qonşularımıza müraciət edirəm: siz bizim qardaşlarımızsınız və biz sizinlə münaqişəyə can atmırıq”, – deyə Məsud Pezeşkian əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026