q
  • Bakı 11° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Trampın “qızı”: Hörmüz məsələsini bir günə həll edə bilərəm

DÜNYA

20 Aprel 2026 | 12:19

Trampın “qızı”: Hörmüz məsələsini bir günə həll edə bilərəm

ABŞ Prezidenti Donald Trampın qeyri-qanuni qızı olduğunu iddia edən Necla Tramp bütün dünyanı şoka salan açıqlama verib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, o, ABŞ, İsrail və İrana müraciət edib:

“Aranızdakı Hörmüz boğazı ilə bağlı mübahisəni həll edə bilərəm. Bu, həll olunmayacaq məsələ deyil. Hətta bir gündən də çox çəkməz".

O, hər iki tərəfin qəbul edəcəyi ortaq nöqtəni bildiyini vurğulayıb:

"Danışıqlara qoşula bilsəm onları çox yaxşı şəkildə uzlaşdıra bilərəm. Cavabınızı gözləyirəm".

"Bu münaqişə bitməlidir, çünki təsirləri bütün ölkələr tərəfindən hiss olunur", - deyə Necla Tramp qeyd edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

19 Aprel 2026