İranla danışıqlar zamanı bəzi məsələlərdə əhəmiyyətli irəliləyiş əldə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ vitse prezidenti Cey Di Vens Ağ Evdə brifinq zamanı deyib.
"Hər iki istiqamətdə çoxlu hərəkət var, çoxlu irəliləyiş əldə edilir, amma biz sadəcə üzərində işləməyə davam edəcəyik və nəticədə ya razılığa gələcəyik, ya da gəlməyəcəyik", - deyə o bildirib.
"Amma biz bunun üzərində işləməyə davam edəcəyik və düşünürəm ki, bu müzakirələri qapalı şəkildə aparmaq bizim üçün vacibdir. Çünki bəzən danışıqlar apararkən və baş verən hər şeyi ictimailəşdirərkən, bu, əslində vəziyyəti lazım olduğundan daha da çətinləşdirir", - deyə ABŞ vitse-prezidenti əlavə edib.
Bakı 




