• Bakı 16° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Ərdoğan fon der Lyayenlə danışdı

DÜNYA

19 May 2026 | 23:33

Ərdoğan fon der Lyayenlə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Aİ rəhbəri özü paylaşıb.

O, Ərdoğanla təmasının olduqca məhsuldar keçdiyini bildirərək regional proseslərdə Ankaranın rolunu xüsusi qeyd edib:

“Türkiyə çalxantılı bir regionda kilit önəmə sahib, kritik bir tərəfdaşdır”.

Görüşdə Türkiyə-Aİ münasibətləri ilə yanaşı, qlobal gündəmdəki kəskin mövzular da masaya yatırılıb. Tərəflər xüsusilə ticarət yollarının təhlükəsizliyi, qlobal enerji axınının kəsilmədən davam etdirilməsi və tədarük zəncirlərinin qorunması məsələsində ortaq maraqların olduğunu vurğulayaraq yaxın əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Qeyd olunub ki, danışıqlar zamanı son dövrlər alovlanan İran böhranı da diqqət mərkəzində olub. Aİ rəhbəri regionda gərginliyin azaldılması və problemin diplomatik yolla həlli istiqamətində Türkiyənin göstərdiyi diplomatik səyləri təqdir etdiklərini bildirib. Liderlər həmçinin Şərqi Aralıq dənizi və Kipr məsələsindəki son vəziyyəti müzakirə ediblər. Fon der Lyayen bu istiqamətdə BMT-nin rəhbərlik etdiyi sülh proseslərinə hər zaman dəstək verməyə hazır olduqlarını ifadə edib.

Sonda Ankara ilə Brüssel arasında münasibətlərin gücləndirilməsi üçün qarşılıqlı dialoqun aktiv şəkildə davam etdirilməsi qərara alınıb.


SON XƏBƏRLƏR

19 May 2026