• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məktəblərdə rus dili ilə bağlı QADAĞA - Bu ölkədə

DÜNYA

20 Aprel 2026 | 09:50 | Müəllif: Əli Hüseynov

Məktəblərdə rus dili ilə bağlı QADAĞA - Bu ölkədə

“Latviyada şagirdlərə məktəb ərazisində, hətta dərs olmayan vaxtlarda belə dövlət dilindən başqa dillərdə danışmağı qadağan edən bir sıra qanunlar qəbul edilib”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə açıqlamasında Riqa Dumasının deputatı Aleksey Roslikov bildirib.

Onun sözlərinə görə, latviyalı siyasətçilər rus dilini yalnız ictimai yerlərdən kənarda şəxsi ünsiyyət üçün nəzərdə tutulmuş dil kimi qəbul edirlər. Deputatın fikrincə, Latviya hakimiyyətinin gördüyü tədbirlər örtülü şəkildə rus dilindən istifadəni qadağan etmək məqsədi daşıyır. 

“Oxşar vəziyyət uşaq bağçaları üçün də nəzərdə tutulub”, - Roslikov əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026