q
  • Bakı 10° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Türkiyədə sosial media nəzarətə götürüldü: 25 nəfər saxlanıldı

DÜNYA

20 Aprel 2026 | 11:42

Türkiyədə sosial media nəzarətə götürüldü: 25 nəfər saxlanıldı

Kahramanmaraş və Şanlıurfada məktəblərə hücumlardan sonra sosial şəbəkədə təhdid xarakterli məzmunlar paylaşan hesablara qarşı hüquqi prosedur başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, sözügedən hesab sahiblərindən ümumilikdə 25-nin barəsində saxlanılma qərarı verilib.

"Hazırlanan hesabatlarda adları keçən və 13-ü 18 yaşdan kiçik olan 25 şübhəli barəsində "əhali arasında qorxu və çaxnaşma yaratmaq məqsədilə hədələmə" və "xalqı kin və düşmənçiliyə təhrik etmə və ya aşağılama" ittihamları çərçivəsində istintaq aparılır. Şübhəlilərdən 20 nəfərin İstanbuldan kənarda yaşadığı barədə məlumat da diqqətə çatdırılıb", - deyə açıqlamada qeyd olunub.


SON XƏBƏRLƏR

19 Aprel 2026