• Bakı 24° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Yaponiyada 7,4 ballıq zəlzələ oldu

DÜNYA

20 Aprel 2026 | 12:32

Yaponiyada 7,4 ballıq zəlzələ oldu

Yaponiyanın şimal-şərq sahillərində 7,4 maqnitudalı zəlzələ olub, ardınca mümkün sunami ilə bağlı xəbərdarlıq elan edilib.

Bakıvaxtı.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Sakit okeanda, təxminən 10 kilometr dərinlikdə yerləşib. Hakimiyyət İvate, Aomori və Hokkaydo prefekturaları üçün hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı elan edib.

Zəlzələ Yaponiyanın seysmik intensivlik şkalası üzrə "yuxarı beşlik" kimi qiymətləndirilib - bu, insanların hərəkətində ciddi çətinliklərin və konstruksiyaların zədələnməsinin, o cümlədən armatursuz beton divarların çökməsinin mümkün olduğu bir səviyyədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026