İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının nümayəndəsi İbrahim Zülfüqari Fars körfəzinə hücumlarla bağlı ABŞ və İsrailə xəbərdarlıq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mehrnews"un "Telegram" kanalında məlumat yayılıb.
Zülfüqari bildirib ki, Fars körfəzində özəl gəmilər və ya sərnişin nəqliyyatına edilən hər hansı təkrar hücum sərt qarşılıqlı tədbirlə cavablandırılacaq:
"ABŞ ilə İsrail uğursuzluq və İran Silahlı Qüvvələrinin güclü əməliyyatlarına qarşı müqavimət göstərə bilmədikləri üçün özəl gəmi və sərnişin nəqliyyatını hədəf alıb".
Bakı 




