q
  • Bakı 12° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Orbanın “oğurladığı” pulları Magyar qaytarsın - Zelenski

DÜNYA

20 Aprel 2026 | 18:11

Orbanın “oğurladığı” pulları Magyar qaytarsın - Zelenski

Ukrayna Macarıstan parlament seçkilərində qalib gələn Tisa Partiyasının lideri Peter Magyardan Viktor Orbanın dövründə bloklanmış “Oşadbank”dan vəsaitləri geri qaytarmasını istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Onlar bizim pulumuzu alıblar. Artıq Magyarla danışacağıq. Düşünürəm ki, qaytarmalıdırlar. Bu pulları Orban sadəcə oğurlayıb”, - o qeyd edib.

Qeyd edək ki, martın 5-də Macarıstanda çirkli pulların yuyulmasında şübhəli bilinən yeddi ukraynalı saxlanılıb. Daha sonra Macarıstan parlamenti Ukraynanın “Oşadbank” bankından müsadirə edilmiş vəsaitlərin dondurulmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Martın 12-də Budapeşt müsadirə edilmiş nağd pul daşıyan nəqliyyat vasitələrini Ukraynaya qaytarmağa razılıq verib, lakin müsadirə edilmiş nağd pul və qızıl Macarıstanda qalıb./Axar.az


SON XƏBƏRLƏR