Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təhlükəsizlik qüvvələri İranla əlaqəli terror qrupunu ifşa edib və onun üzvlərini milli birliyi sarsıtmağa yönəlmiş əməliyyatlarda iştirakda şübhəli bilərək saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Gulf News" Əmirliyin "WAM" agentliyinə istinadən məlumat yayıb.
"Araşdırma göstərib ki, qrup dövlət ərazisində mütəşəkkil terror və təxribat əməliyyatları keçirməyi planlaşdırırdı. Səlahiyyətlilər şəbəkənin İranın "Vilayəti-Fəqih" qruplaşması ilə əlaqəli olduğunu bildiriblər", - nəşr qeyd edib.
Bildirilib ki, qruplaşma üzvləri həm ölkə daxilində, həm də ondan kənarda gizli görüşlər keçirir, gəncləri qadağan olunmuş təşkilatlara cəlb edirdilər. Bundan əlavə, həmin təşkilatlara vəsait köçürülüb.
Bakı 




