• Bakı 28° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Qətərdə hərbi helikopter qəzaya uğradı

DÜNYA

22 Mart 2026 | 09:39 | Müəllif: Subhan Mahmudov

Qətərdə hərbi helikopter qəzaya uğradı

Qətər Silahlı Qüvvələrinə məxsus hərbi helikopter qəzaya uğrayaraq əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, qəzanın səbəbi texniki nasazlıq olub.

“Hərbi helikopter planlı tapşırığı yerinə yetirərkən qəzaya uğrayaraq Qətərin ərazi sularına düşüb. Hadisəyə texniki nasazlıq səbəb olub”, – deyə rəsmi bəyanatda bildirilib.

Qeyd olunub ki, hazırda ekipaj üzvlərinin və helikopterdə olan digər şəxslərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026