Yaponiyada güclü zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, “Kyodo” agentliyinin yaydığı məlumata əsasən, zəlzələ Sakit okeanda, Tohoku regionunun şərqində qeydə alınıb.
7,7 bal gücündə olan zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.
Hadisədən sonra İvate, Aomori, Miyagi prefekturaları və Hokkaydo adasının cənubu üçün hündürlüyü 3 metrədək olan sunami təhlükəsi elan edilib.
Sahilə çatan dalğaların hündürlüyü isə 80 sm-ə qədər olub.
Zəlzələdən sonra maqnitudası 5,4-ə çatan 9 afterşok qeydə alınıb.
Seysmoloqlar yaxın bir həftə ərzində təkrar yeraltı təkanların baş vermə ehtimalının yüksək olduğunu bildirirlər.
Bakı 




