• Bakı 16° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Səhvən Kralın ölüm xəbərini yaydılar

DÜNYA

20 May 2026 | 22:33

Səhvən Kralın ölüm xəbərini yaydılar

Britaniyanın “Radio Caroline” radiostansiyası səhvən Kral III Çarlzın ölüm xəbərini yayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “The Independent” yazıb.

Nəşrin məlumatına görə, mayın 19-da monarxın ölüm xəbəri “Tanrı Kralı qorusun” himni ilə yanaşı yayımlanıb. Bundan sonra adi yayım qəfil dayanıb və 15 dəqiqə ərzində bərpa olunmayıb.

 Aparıcılar sonda efirə qayıdıb və Çarlzın ölüm xəbərini təkzib edib.

Onlar dinləyicilərdən üzr istəyib və anlaşılmazlığın “kompüter xətası” ilə bağlı olduğunu izah ediblər.


SON XƏBƏRLƏR