Rusiya müharibənin 1577-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 165 087 PUA-sı, 662 zenit-raket kompleksi, 29 833 tank və digər zirehli texnikası, 1 740 reaktiv yaylım atəş sistemi, 35 410 artilleriya və minaatanı, 64 436 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Bakı 



