• Bakı 26° C

    11.8 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Məşhur musiqiçi Cennifer Finç vəfat etdi

DÜNYA

19 Iyul 2026 | 18:19

Məşhur musiqiçi Cennifer Finç vəfat etdi

ABŞ-nin "L7" rok qrupunun vokalçısı və bas-gitaraçısı Cennifer Finç uzun sürən xəstəlikdən sonra 59 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "L7" qrupunun saytında yerləşdirilən bəyanatda bildirilir.

"O, uzun müddət və cəsarətlə beyin xərçəngi ilə mübarizə apardı. Cennifer bir çox gözəl dostları, sənət yoldaşları və bütün dünyadakı pərəstişkarları tərəfindən çox sevilirdi", - deyə məlumatda bildirilir.

Finç 1986-cı ildə "L7" qrupuna qoşulub və qrupun ən məşhur albomlarının: "L7" (1988), "Smell the Magic" (1990), "Bricks Are Heavy" (1992) və "Hungry for Stink" (1994) albomlarının ərsəyə gəlməsində iştirak edib. 1996-cı ildə vokalçı "L7" qrupunu tərk edib və sonradan səhhətindəki problemləri gedişinin əsas səbəblərindən biri kimi göstərib./Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyul 2026
18 Iyul 2026