• Bakı 26° C

    10.62 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Zelenski: Ukrayna üçün məqbul sülhə nail olmaq strategiyasını müzakirə edirik

DÜNYA

19 Iyul 2026 | 19:31

Zelenski: Ukrayna üçün məqbul sülhə nail olmaq strategiyasını müzakirə edirik

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi rəhbərliklə cəbhədəki cari vəziyyəti və Rusiyanı Ukrayna üçün məqbul şərtlərlə müharibəni dayandırmağa məcbur edəcək strategiyanı müzakirə etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət başçısı axşam videomüraciətində məlumat verib.

V. Zelenski ukraynalı hərbçilərlə görüşərək cəbhədəki vəziyyət və döyüşlərin gedişatı barədə məruzələri dinləyib.

Prezident hazırda əsas məqsədin Ukrayna üçün ləyaqətli sülhə və etibarlı təhlükəsizlik təminatlarına nail olmağa imkan verəcək gələcək strategiyanın müəyyənləşdirilməsi olduğunu vurğulayıb:

"Bu strategiyanın müxtəlif tərkib hissələri var. Müdafiə və təhlükəsizlik qüvvələrimizin komandirlərinin bu məsələyə baxışını eşitmək mənim üçün vacibdir. Sabah mühüm görüşlərim olacaq. Ukrayna öz məqsədlərinə çatmalıdır və mütləq çatacaq".

Dövlət başçısı əlavə edib ki, Ukrayna rəhbərliyi növbəti addımlarla bağlı qərarları məhz hərbi komandanlığın mövqeyini nəzərə alaraq qəbul edəcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyul 2026