ABŞ-nin Nyu-York şəhərinin Yuxarı İst-Sayd rayonunda legionelloz xəstəliyinin yayılması nəticəsində ikinci ölüm halı qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, şəhərdə indiyədək ən azı 72 nəfər xəstəliyə yoluxub, 50-dən çox adam xəstəxanaya yerləşdirilib.
Məlumata görə, son günlər yeni yoluxma hallarının azalması infeksiya mənbəyinin böyük ehtimalla aradan qaldırıldığını göstərir. Bakteriyanın izləri bir neçə obyektdə, o cümlədən “Spence School” məktəbində aşkarlanıb.
Qeyd edək ki, legionelloz “Legionella pneumophila” bakteriyasının yaratdığı infeksiyadır. Xəstəlik ilk dəfə 1977-ci ildə müəyyən edilib və 1976-cı ildə ABŞ-də legionerlərin toplantısından sonra baş verən ağır pnevmoniya alovlanması ilə əlaqədar “legionerlər xəstəliyi” adını alıb.
Bakı 



