• Bakı 19° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

ABŞ son anda İsrailə "YOX" dedi

DÜNYA

19 Iyul 2026 | 17:51 | Müəllif: Əli Hüseynov

ABŞ son anda İsrailə "YOX" dedi

İsrail ABŞ-yə İrana qarşı hərbi əməliyyatlara qoşulmağı təklif etsə də, bu təklif ABŞ administrasiyası tərəfindən rədd edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hədət” telekanalı adı açıqlanmayan yüksəksəviyyəli bir İsrail rəsmisinə istinadən məlumat yayıb.

Telekanalın həmsöhbəti qeyd edib ki, İsrail təkcə İranın deyil, həm də onun bölgədəki proksi qüvvələrinin zərbələrini dəf etməyə tam hazırdır.

Onun sözlərinə görə, əgər İsrail hücuma məruz qalarsa, böyük ehtimalla irimiqyaslı müharibəyə daxil olacaq. Lakin rəsmi Vaşinqton bu ssenarini də arzuolunmaz hesab edir və gərginliyin bu həddə çatmasını istəmir.

Mənbə həmçinin hazırda İran rəhbərliyində ciddi bir parçalanmanın yaşandığını da diqqətə çatdırıb. Bildirilib ki, İran xüsusi xidmət orqanları ali lider ayətullah Əli Xameneinin öldürülməsinə cavab olaraq İsrail rəhbərlərinə qarşı sui-qəsdlər planlaşdırıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR