• Bakı 23° C

    5.03 m/s

Qayanada göyərtəsində 116 nəfər olan gəmi qəzaya uğrayıb

DÜNYA

19 Iyul 2026 | 16:18 | Müəllif: Əli Hüseynov

Qayanada göyərtəsində 116 nəfər olan gəmi qəzaya uğrayıb

MV BARIMA bərəsi Şimal-Qərb rayonuna (Barima-Waini bölgəsi) gedərkən Qayana sahillərində aşıb.

Bakıvaxtı.az-ın "Demerara Waves"ə nəşrinə istinadən məlumatına görə, bu barədə ictimai məsələlər naziri Xuan Edgxill bildirib.

Onun sözlərinə görə, gəmidə təxminən 116 nəfər olub, onlardan səkkizi xilas edilib. Axtarış-xilasetmə işləri davam edir.

"Hazırda aktiv axtarış-xilasetmə əməliyyatı davam edir və biz onların təhlükəsizliyi üçün dua edirik", - o deyib.

İlkin məlumatlara görə, gəmi paytaxt Corctaundan Port-Kaytumaya gedirmiş. Xilasedicilər gəmidəkilər siqnal raketlərini yandırdıqdan sonra gəmini tapa biliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026