• Bakı 27° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Ermənistan Türkiyə sərhədinə gedən dəmir yolunu yeniləyir

DÜNYA

18 Avqust 2026 | 14:35

Ermənistan Türkiyə sərhədinə gedən dəmir yolunu yeniləyir

Ermənistan hökuməti Rusiya şirkəti tərəfindən idarə olunan və 35 ildən çoxdur bağlı olan Türkiyə ilə sərhədə aparan dəmir yolu şəbəkəsinin bir hissəsinin təmiri üçün addımlar atıb.

Bakıvaxtı.az “armenews.com”a istinadən xəbər verir ki, bu barədə Ermənistan infrastruktur naziri Davit Xudatyan bildirib.

O, Ermənistan hökumətinin Gümrüdən Türkiyə sərhədinə və oradan Qarsa qədər uzanan 21 kilometrlik hissənin layihələndirilməsi üçün beynəlxalq tender elan etdiyini bəyan edib.

D.Xudatyan həmçinin vurğulayıb ki, ilin sonuna yaxın hökumət tikintinin özü üçün ayrıca tender elan edəcək və bunun üçün 15 milyon dollar maliyyələşdirmə tələb olunacaq. Lakin o bu beynəlxalq tender prosesinin tarixini dəqiqləşdirməyib.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR