Ukrayna Prezidenti Volodimir Zelenski belarus həmkarı Aleksandr Lukaşenkoya bir həftə vaxt verib.
Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyəti dayandırılmasa, bir həftə sonra Ukrayna bu məsələni özü həll edəcək.
"Lukaşenkonun sözlərindən incimədim, amma Ukrayna ilə sərhəddə Ukrayna əhalisinə atəş açan hərbi texnika yerləşdirilib. Onlara geri çəkilmək üçün bir həftə vaxt verirəm, əks halda biz bunu özümüz həll edəcəyik", - deyə Ukrayna lideri bildirib.
Bakı 



