• Bakı 26° C

    9.9 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Antonelli "Formula-1" üzrə Belçika Qran-prisinin qalibi oldu

DÜNYA

19 Iyul 2026 | 20:09

Antonelli Formula-1 üzrə Belçika Qran-prisinin qalibi oldu

2026-cı il Formula-1 dünya çempionatının 10-cu mərhələsi olan Belçika Qran-prisi maraqlı idman mübarizəsi ilə yadda qalıb.

Bakıvaxtı.az xəbər verir ki, "Mercedes" komandasının gənc italiyalı pilotu Kimi Antonelli yarışın qalibi olub.

İkinci yeri "Ferrari"nin monakolu pilotu Şarl Lekler, üçüncü yeri isə "Red Bull"un niderlandlı sürücüsü Maks Ferstappen tutub.

Bu qələbə ilə 19 yaşlı Antonelli cari mövsümdəki uğurlarının sayını 6-ya çatdırıb. O, ümumi pilotlar sıralamasında 204 xalla liderliyini inamla qoruyur. Belçikadakı yarışda dördüncü olan yeddiqat dünya çempionu Lüis Hemilton (159 xal) isə "Ferrari"nin heyətində ikinci pilləyə yüksəlib. İlk üçlüyü 154 xalla digər britaniyalı Corc Rassell tamamlayır. Qeyd edək ki, Rassell bu dəfə qəza səbəbindən yarışı başa vura bilməyib.

Konstruktorlar Kubokunda 358 xalla "Mercedes" komandası liderdir. İlk üçlükdə həmçinin "Ferrari" (285 xal) və "McLaren" (195 xal) qərarlaşıb.

Qeyd edək ki, mövsümün növbəti mərhələsi iyulun 24-26-da Macarıstanda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyul 2026