ABŞ İtaliyadakı bazalarda, əsasən Siciliyadakı Siqonella hava bazasında hərbi mövcudluğunu genişləndirməyi nəzərdən keçirir.
Bakıvaxtı.az İtaliya mediasına istinadən xəbər verir ki, mümkün qoşun sayının artırılması Amerika qüvvələrinin Avropada yerləşdirilməsinin daha geniş nəzərdən keçirilməsinin bir hissəsidir.
"Bu yenidən qiymətləndirmə, ABŞ-nin ittifaq daxilində strateji prioritetlərindəki dəyişiklikləri əks etdirməklə, Polşa və İtaliyada Amerika hərbi mövcudluğunun güclənməsinə səbəb ola bilər", - məlumatda deyilir.
Pentaqon, xüsusən də Siqonella Hava Bazasındakı mövcudluğunu artırmaq istəyir, çünki bu, Aralıq dənizindəki ən vacib strateji ABŞ hərbi obyektlərindən biridir və ABŞ-nin Yaxın Şərq və Şimali Afrikadakı əməliyyatları üçün əsas mərkəz rolunu oynayır.
Hazırda aviabazadan ABŞ Hərbi Dəniz Qüvvələrinin patrul təyyarələri, eləcə də ABŞ-nin İrana qarşı son hərbi kampaniyası zamanı fəal şəkildə istifadə edilən strateji kəşfiyyat dronları istifadə edir.
Amerika planlarının açıqlanması NATO üzvləri arasında yükün bölüşdürülməsi ilə bağlı artan müzakirələr fonunda ortaya çıxıb. 17 iyunda Brüsseldə NATO müdafiə nazirlərinin görüşündə çıxış edən Pentaqon katibi Pit Heqset Avropa müttəfiqlərini müdafiə xərclərinin yetərli olmamasına görə tənqid edərək, ABŞ-nin NATO-ya illik töhfələrinin digər ölkələrin hədəf öhdəliklərini yerinə yetirməsindən asılı olacağını bildirib.
Nazir həmçinin Pentaqonun növbəti altı ay ərzində Avropada Amerika qoşunlarının yerləşdirilməsi ilə bağlı hərtərəfli araşdırma aparacağını və bunun onların yenidən yerləşdirilməsinə səbəb ola biləcəyini açıqlayıb.
Bakı 



