q
  • Bakı 11° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Peterburqdan havaya qalxan təyyarə məcburi eniş etdi

DÜNYA

20 Aprel 2026 | 20:13

Peterburqdan havaya qalxan təyyarə məcburi eniş etdi

“Pegasus” aviaşirkətinə məxsus Sankt-Peterburq–İstanbul marşrutu üzrə uçan təyyarə sərnişinlərdən birinin vəziyyətinin qəfil pisləşməsi səbəbindən Buxarestdə məcburi eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, “Airbus A321” təyyarəsi “Pulkovo Airport” hava limanından havaya qalxdıqdan təxminən 2,5 saat sonra qəza siqnalı verib. Təyyarə eniş etdikdən sonra göyərtəyə həkimlər qalxıb, sərnişinin hospitalizasiyası məsələsinə baxıblar. Onun vəziyyətinin pisləşməsinin səbəbləri dəqiqləşdirilir.

Xatırladaq ki, 2022-ci ildən Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlər səbəbindən Rusiya ilə Rumıniya arasında birbaşa hava əlaqəsi mövcud deyil, lakin fövqəladə hallarda təyyarələrin ölkə ərazisinə enişinə icazə verilir.


SON XƏBƏRLƏR