Ötən 1 sutka ərzində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları ilə koordinasiya nəticəsində Hörmüz boğazından 26 gəmi keçib.
Bakıvaxtı.az xəbər verir ki, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları məlumat yayıb.
Məlumata görə, keçən gəmilər, neft tankerləri, konteyner gəmiləri və başqa ticarət gəmiləri olub və gəmilərin təhlükəsizliyi təmin edilib.
“İran İslam İnqilabı Keşikçilər Korpusunun Hərbi Dəniz Qoşunlarından icazə almaqla və koordinasiya etməklə Hörmüz boğazından keçid etmək mümkündür”, -deyə məlumatda qeyd olunur.
Bakı 




