• Bakı 20° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Rəsmi Tehran: ABŞ ilə fikir mübadiləsi İranın 14 maddəlik təklifi əsasında aparılır

DÜNYA

20 May 2026 | 21:34 | Müəllif: Subhan Mahmudov

Rəsmi Tehran: ABŞ ilə fikir mübadiləsi İranın 14 maddəlik təklifi əsasında aparılır

İran və ABŞ Tehranın təklifi əsasında münaqişənin həlli məsələsi ilə bağlı məlumat mübadiləsini davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransı zamanı bəyan edib.

Onun sözlərinə görə, fikir mübadiləsi İranın 14 maddəlik təklifinin mətni əsasında aparılır.

Mayın 18-də "Tasnim" xəbər agentliyi Pakistanın ABŞ-yə münaqişələrin həlli ilə bağlı 14 maddəlik yeni İran təklifi təqdim etdiyini bildirib. Qeyd olunub ki, mətndə hərbi əməliyyatların dayandırılması və etimadın artırılması tədbirləri vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026