• Bakı 17° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Yenidən Pakistanda görüşəcəklər

DÜNYA

20 May 2026 | 21:01

Yenidən Pakistanda görüşəcəklər

Mayın sonunda həcc ziyarəti başa çatdıqdan sonra Pakistan ABŞ və İran arasında keçiriləcək yeni danışıqlar raunduna ev sahibliyi edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatında qeyd olunur ki, tərəflərin növbəti görüşü İslamabadda baş tutacaq. Bununla yanaşı, sazişin yekun layihəsi üzrə işlərin tamamlandığını elan etmək üçün Pakistan nümayəndəsinin yaxın günlərdə İrana səfər edə biləcəyi gözlənilir.

Xatırladaq ki, bundan əvvəl “Fars” agentliyi rəsmi Tehranın sülh danışıqlarının bərpası üçün Vaşinqtona irəli sürdüyü 5 şərt barədə məlumat yaymışdı. İranın tələbləri sırasına Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin qaytarılması və müharibənin vurduğu zərərin ödənilməsi daxildir. Həmçinin Tehran ABŞ-dən İranın Hörmüz boğazı üzərindəki suverenlik hüququnu tanımasını tələb edir.

ABŞ isə öz növbəsində qarşılıqlı şərtlər irəli sürüb. Ağ Ev rəhbərliyi 400 kiloqram zənginləşdirilmiş uranın İrandan ABŞ-yə çıxarılmasını və İslam Respublikasında yalnız bir nüvə obyektinin fəaliyyət göstərməsini israr edir.


SON XƏBƏRLƏR