Macarıstanın gələcək Baş naziri, “Tisa” partiyasının sədri Peter Madyar İsrail Baş naziri Benyamin Netanyahunun ölkəsinə səfər edəcəyi təqdirdə saxlanılacağını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o, ölkəsinin Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) üzvlüyünün də bərpa olunacağını qeyd edib.
“Bunu Baş nazir Netanyahuya açıq şəkildə söyləmişəm. 2020-ci ilin iyun ayından etibarən “Tisa” bunu və Macarıstanın Beynəlxalq Cinayətlər Məhkəməsinə üzvlüyünü qorumaq niyyətini bəyan edib. Əgər kimsə Beynəlxalq Cinayətlər Məhkəməsinin üzvüdürsə və axtarışda olan şəxs ölkəmizə daxil olursa, saxlanılmalıdır”, - Madyar deyib.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayında BCM Benyamin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalant üçün həbs qərarı verib.
Bakı 




