• Bakı 20° C

    0.78 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Güclü yağış evləri çökdürdü - Türkiyədə

DÜNYA

21 May 2026 | 09:08 | Müəllif: Əli Hüseynov

Güclü yağış evləri çökdürdü - Türkiyədə

Türkiyənin Hatay bölgəsinin Antakya şəhərində gecə boyu yağan şiddətli leysan yağışları səbəbindən yamacda yerləşən birmərtəbəli fərdi ev çöküb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat verib.

Bildirilib ki, dağıntılar altından bir nəfərin cəsədi çıxarıb. Üç nəfər isə xilas edilib. Xəsarət alanlar təcili yardım briqadalarının ilkin müdaxiləsindən sonra xəstəxanaya yerləşdirilib. Müvafiq qurumların ərazidəki yoxlamaları davam edir.

Bundan əlavə, rayonun bəzi yolları avtomobillərin hərəkəti üçün bağlanıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR