• Bakı 30° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Uitkoff İranla danışıqlar üçün İsveçrəyə getdi

DÜNYA

20 Iyun 2026 | 08:49

Uitkoff İranla danışıqlar üçün İsveçrəyə getdi

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İran nümayəndə heyəti ilə keçiriləcək danışıqlarda iştirak etmək üçün İsveçrəyə yollanıb.

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə "Axios" portalının jurnalisti Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb.

“Amerikalı rəsmilərdən biri mənə bildirib ki, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff İranın nüvə proqramı ilə bağlı mümkün saziş üzrə danışıqların ilk raundunun keçirilməsinin gözlənildiyi İsveçrəyə gedir”, – deyə Ravid X sosial şəbəkəsində yazıb.

Jurnalistin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni və keçmiş müşaviri Cared Kuşner artıq İsveçrədədir.

Məlumata əsasən, tərəflər arasında keçiriləcək görüşlərdə İranın nüvə proqramı ətrafında mümkün razılaşmanın parametrləri müzakirə olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyun 2026