Venesuelada iyunun 24-də baş verən iki böyük zəlzələ nəticəsində ölənlərin sayı 5208-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının (AN) prezidenti Xorxe Rodrigez sosial media hesabında paylaşım edib.
Rodrigez qeyd edib ki, ölənlərin sayı 89 nəfər artaraq 5208-ə çatıb, yaralıların sayı isə 16740 nəfərdir.
Onun spzlərinə görə, 107 müvəqqəti sığınacaqda 23820 nəfər qalır və indiyə qədər 128324 ailəyə yardım çatdırılıb.
Məlumatına görə, 24 iyunda baş verən zəlzələlərdən bəri bölgədə ümumilikdə 1388 afterşok qeydə alınıb.
Murad Məmmədli
Bakı 



