Peruda zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurasının sədri Luis Arroyo Sançes məlumat verib.
Məlumata görə, Perunun mərkəzi hissəsində 5,1 bal gücündə baş verən yeraltı təkan nəticəsində azı 6 nəfər həyatını itirib.
Təbii fəlakət nəticəsində 250-dən çox evə ziyan dəyib, 48 bina isə tamamilə dağılıb.
Peru Geofizika İnstitutunun məlumatına əsasən, zəlzələnin episentri Xunin departamentində yerləşən Çupaka şəhərinin 7 kilometr cənubunda, ocağı isə 24 kilometr dərinlikdə qeydə alınıb.
Bakı 



