İranın daxili işlər naziri İsgəndər Mömini iyulun 20-də Pakistanın paytaxtı İslamabada səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Mömini səfər çərçivəsində Pakistan rəhbərliyi ilə danışıqlar aparacaq.
Qeyd olunur ki, Pakistan son dövrlərdə İran və ABŞ arasında aparılan danışıqlarda vasitəçi rolunu oynayıb.
Səfərin gündəliyi və keçiriləcək görüşlərlə bağlı əlavə məlumat açıqlanmayıb.
Bakı 



